» » Füzuli rayonu barama tədarükünə görə birincidir

Füzuli rayonu barama tədarükünə görə birincidir

Bölmə: Sosial
Füzuli rayonu barama tədarükünə görə birincidirFüzuli kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı respublikada birinci olaraq yerinə yetiriblər. Bu günədək 35 tona yaxın barama tədarük edilərək, “Azəripək” MMC-yə təhvil verilib. Cari ildə 832 qutu ipəkqurdu toxumu yetişdirən rayon kümçüləri hazırda barama tədarükünü davam etdirirlər.

Rayon icra hakimiyyətindən daxil olan xəbərə görə, baramaçılıq xüsusilə 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf edib və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilib. Həmin il rayonda 3,3 ton, 2017-ci ildə 25 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 50 min ədəddən çox tut tingi əkilibdir.

Xəbərrə görə, dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb.

Füzuli rayonu barama tədarükünə görə birincidir

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler