» » Bu gün sonuncu sınaq imtahanı keçirilir

Bu gün sonuncu sınaq imtahanı keçirilir

Bölmə: Sosial
Bu gün sonuncu sınaq imtahanı keçirilirDövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 12 şəhər və rayonda sonuncu sınaq imtahanları keçirir.

DİM-dən Xalqinfo.az-a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmazda, ümumilikdə 26 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 5252 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler