» » İnformatika üzrə dünya olimpiadası keçiriləcək -

İnformatika üzrə dünya olimpiadası keçiriləcək - Bakıda

Bölmə: Sosial
İnformatika üzrə dünya olimpiadası keçiriləcək - Gələn il şagirdlər arasında informatika üzrə dünya olimpiadası Bakıda keçiriləcək.

Xalqinfo.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində "Təhsil transformasiyası" mövzusunda paneldə təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavini bildirib ki, bu olimpiadanın keçirilməsi üçün artıq Bakıda hazırlıqlara başlanıb.

F.Qurbanov qeyd edib ki, Azərbaycanda ali təhsilə qəbul olanların sayı artaraq 2013-cü ildəki 145 mindən 162 minə, ali təhsilin bakalavr pilləsindən magistr pilləsinə qəbul olanların sayı isə 2013-cü ildəki 35 mindən 44 minə çatıb: "Hazırda təhsil alan qızların da sayı artıb. Belə ki, müəllimlərin 82 faizi, tələbələrin isə 46 faizi qadındır".

O, ölkədə modul tipli məktəblərin inşasına da toxunub: "Cari ilin sonunadək 250-dək modul tipli məktəbin tikintisi başa çatdırılacaq".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler