» » Bakı-Sumqayıt yolunun piyada keçidində təhlükə -

Bakı-Sumqayıt yolunun piyada keçidində təhlükə - Video

Bölmə: Sosial
Bakı-Sumqayıt yolunun piyada keçidində təhlükə - Avtomobillərin sıx hərəkət etdiyi yolda yerləşən yerüstü piyada keçidinin şüşəsi sındırılıb. Odur ki, hər an bu keçiddə piyadanın yola yıxılması ilə nəticələnən hadisə baş verə bilər.

Xalqinfo.az Xezerxeber.az-a istinadən bildirir ki,söhbət Bakıdan Sumqayıt istiqamətində hərəkət edəndə birinci yerüstü piyada keçidindən gedir. Burada sınan pəncərənin qarşısına təhlükəsizlik məqsədilə lent çəkilsə də, bu, təhlükəni aradan qaldırmır.

Keçiddə çəkiliş zamanı piyaların təhlükəsizliyi üçün quraşdırılan bütün məhəccərlərin yerində olmadığı görülüb.Vətəndaşların sözlərinə görə, məhəccərlər naməlum şəxs və şəxslər tərəfindən kəsilərək aparılıb.

Piyadaların şikayəti bununla yekunlaşmır. Onlar keçiddə işıqlandırma sisteminin olmaması səbəbindən axşam vaxtlarında porblemlə qarşılaşırlar.

Məsələdən Avtomobil Yolları Dövlət Agentliyi də xəbərdardır. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, keçiddə pəncərənin sındırılması və məhəccərlərin kəsilərək aparılması məhz elə oradan istifadə edən bəzi piyadaların işidir. Bu cür halların qarşısının alınması üçün keçid təmir edilərkən buraya müşahidə kamerası da quraşdırılacaq.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler