» » Sabah şimşək çaxacaq, arabir yağış yağacaq -

Sabah şimşək çaxacaq, arabir yağış yağacaq -

Bölmə: Sosial
Sabah şimşək çaxacaq, arabir yağış yağacaq - İyunun 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və yağmursuz hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xalqinfo.az-a verilən məlumata görə, samal şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 24-28° isti,Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Nisbi rütubət gecə 70-80%, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda

şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gəldikdə isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz

27-32° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti təşkil edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler