» » Naxçıvanda torpağımızın işğaldan azad edilməsinə - Rəsmi münasibət

Naxçıvanda torpağımızın işğaldan azad edilməsinə - Rəsmi münasibət

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Naxçıvanda torpağımızın işğaldan azad edilməsinə - Rəsmi münasibət"Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar həm ordumuzun, həm xalqımızın, həm də Prezidentimizin apardığı siyasətin təntənəsidir".

Xalqinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, bunlar ilk addımlardır: "Azərbaycan Prezidentinin siyasəti, gördüyü işlər, yaratdığı mühit, dünyaya sübut etdiyi məsələlər torpaqlarımızı işğaldan azad edəcək. Bu məntiqdir, həqiqətdir. Ermənilərin təşkil etdiyi yalan bir müddət ayaq tutub, ancaq yeriyə bilmədi. Torpaqlarımız gec-tez, inşalllah, tezliklə işğaldan azad ediləcək. Bununla əlaqədar Naxçıvanda torpağımızın azad olunması münasibəti ilə xalqımızı təbrik edirəm".

Qeyd edək ki, Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edilib.

Naxçıvanda torpağımızın işğaldan azad edilməsinə - Rəsmi münasibət

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler