» » "Əgər tarazlıq pozularsa..."-

"Əgər tarazlıq pozularsa..."- Hicran Hüseynova

Bölmə: Sosial
"Əgər tarazlıq pozularsa..."- "Qadınlara qarşı məişət zorakılığı hallarının çox və ya az olmasından asılı olmayaraq, hər bir belə fakta qarşı cəmiyyətin bütün sağlam qüvvələri birləşməlidir".

trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” adlı konsfransda çıxışı zamanı deyib.

H.Hüseynova bildirib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir: "Bu gün dünyanın diqqətində olan bu problem Azərbaycan cəmiyyətini də narahat edir. Biz ümid edirik ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı fonunda, əhalinin rifahının yaxşılaşdırılması, ailədəki milli-mənəvi dəyərlərin daha da sağlamlaşdırılması və bütün region üzrə aparılan aktiv təbliğat bu problemlərin uğurlu həllinə gətirib çıxaracaqdır".

Onun sözlərinə görə, zorakılığın qarşısının alınması ailə institutunun möhkəmliyi bütövlükdə dövlətin inkişafı deməkdir: "Bu baxımdan ailədə münasibətlər sisteminin düzgün olması da zəruridir. Ailədə münasibətlər normal olarsa, o zaman insanlar da cəmiyyətdə müəyyən mövqe tuta bilərlər. Əgər tarazlıq pozularsa, həm problemi törədən, həm də yaranmış problemdən əziyyət çəkən insan (istər qadın, istər kişi, istərsə də uşaq olsun), cəmiyyətdə özünü təsdiq etmək üçün çətinliklərlə üzləşər. Məhz bu baxımdan zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi çox vacibdir".

H.Hüseynova qeyd edib ki, Azərbaycan qanunvericiliyi qadın hüquqları və gender bərabərliyi ilə bağlı dövlətimizin beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini əks etdirir: "Lakin qadınlarımızın öz hüquqlarını bilməməsi təcrübədə bir çox çətinliklər yaradır. Zorakılığın qarşısını almaq üçün əsas şərtlər qadın hüquqlarının müdafiəsi, qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılması, qadın və kişilər arasında real bərabərliyə nail olunmasıdır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler