» » ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi -

ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi - Bakı Türk Anadolu Liseyində

Bölmə: Sosial
ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi -
“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Türkiyə Cümhuriyyəti Milli Eğitim Bakanlığı və Azərbaycan Təhsil Nazirliyinin ortaq dövlət məktəbi olan Bakı Türk Anadolu Liseyinin (BTAL) konfrans zalında yazıçı Nurəddin Ədiloğlu ilə buraxılış sinif şagirdlərinin və liseyin müəllimlərinin görüşüni təşkil edib.

Xalqinfo.az QHT.az-a istinadən xəbər verir ki, görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki, layihə çərçivəsində 3 təhsil müəssisəsində yaşlı nəslin nümayəndəsi olan yaradıcı insanlarla (şair, yazıçı və s.) yeniyetmə və gənclərin görüşü nəzərdə tutulub.

Bundan başqa yaşlı insanların asudə vaxtının səmərəli keçirilməsinə diqqəti çəkmək məqsədi ilə onlar arasında stolüstü idman yarışları təşkil ediləcək.
Layihənin yekun tədbiri isə yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirlməsi üçün nəzərdə tutulan bədii əyləncəli proqram olacaq.

Sonra təşkilat sədri Yazıçı Nurəddin Ədiloğlu haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra Liseyin müdiri Nurullah Yazıcı çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin gənclər üçün vacib olduğunu bildirib.

Daha sonra müdir yardımçısı Meral Bahar, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq -informasiya fakültəsinin müəllimi, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili çıxış etmişlər.

Yazıçı Nurəddin Ədiloğlu öz yaradıcılığının ana xəttini təşkil edən hərbi-vətənpərvərlik mövzusu ilə bağlı geniş çıxış etmiş, liseyin kitabxanasına, əlaçı şagirdlərə və ədəbiyyat həvəskarı olan müəllimlərə kitablarını hədiyyə etmişdir.

Liseyin müdiri Nurullah Yazıcı Nurəddin Ədiloğlunu 60 illik yubileyi münasibəti ilə təbrik etmiş ona liseyin müəllim və şagird kollektivi adından hədiyyə təqdim etmişdir.

Yazıçı Nurəddin Ədiloğlu ilə Bakı Türk Anadolu Liseyində görüş keçirilib.

Ədəbi-məclisdə müğənni, Qarabağ müharibəsinin veteranı Rahib Adışirinli Azərbaycan bəstəkarlarının mahnılarını ifa etmişdir.

Görüşün rəsmi hissəsindən sonra “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin təşkil etdiyi çay və şirniyyat süfrəsi ətrafında yazıçı ilə söhbət davam etdirildi.

ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi -
ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi -
ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi -
ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi -
ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi -
ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi -
ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi -
ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi -
ATD ictimai birliyi yazıçı ilə görüş təşkil etdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler