» » “Şərq bazarı”na giriş qadağan edildi -

“Şərq bazarı”na giriş qadağan edildi - Sürücülərin nəzərinə!

Bölmə: Sosial
“Şərq bazarı”na giriş qadağan edildi - Sumqayıtda avtomobillər üçün nəzərdə tutulan və "Şərq bazarı” dairəsi kimi tanınan yol bağlanıb.

Xalqinfo.az xəbər verir ki, ərazidə hər iki hissədə "Giriş qadağandır” yol nişanı qoyulub. Sürücülər əks istiqamətə keçmək üçün yaxınlıqdakı digər dairəvi yoldan yararlanmalıdırlar.Piyadalar isə dairənin bağlanmasının düzgün addım hesab edirlər.

Sumqayıt Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsindən bildirdilər ki, dairənin avtomobillər üçün bağlanması ərazidə hərəkətin intensivliyi və başverən qəzalarla bağlıdır. Həmin dairənin tamamilə ləğvi və piyadalar üçün səki salınması nəzərdə tutulur.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler