» » İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi -

İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi - Fotolar

Bölmə: Sosial
İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi - Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 23-də Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsəndən olan vətəndaşları qəbul edib.

Xalqinfo.az xəbər verir ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 70-ə yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi -
İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler