» » Prezidentdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı - Sərəncam

Prezidentdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı - Sərəncam

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Prezidentdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı - SərəncamPrezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Xalqinfo.az-ın məlumatına görə, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Tədbirin adı / Ayrılan vəsait

Binəqədi rayonu


1. Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik yeni binanın inşası - 4 377 000

2. Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsi - 1 768 000

Qaradağ rayonu

3. Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri - 3 858 000

Nərimanov rayonu

4. Humanitar fənlər gimnaziyasının əsaslı təmiri və bərpa-gücləndirilməsi - 5 170 000

Sabunçu rayonu

5. Ramana qəsəbəsində 78 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi - 3 084 000

6. Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi - 5 799 000

7. Zabrat qəsəbəsində 192 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi - 3 600 000

8. Ramana qəsəbəsində 198 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi - 2 480 000

9. Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmiri - 4 660 000

Suraxanı rayonu

10. Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsi - 5 204 000

Cəmi: 40 000 000


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler