» » Nazirlik çimərliklərin monitorinqinə başlayıb

Nazirlik çimərliklərin monitorinqinə başlayıb

Bölmə: Sosial
Nazirlik çimərliklərin monitorinqinə başlayıbÇimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb.

Xalqinfo.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov APA-ya bildirib ki, monitorinq oktyabrın 1-dək aparılacaq. Onun sözlərinə görə, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək.

Z. Kazımov qeyd edib ki, monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılacaq: “Eyni zamanda, dəniz suyu kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Analizlərin nəticələrinə əsasən, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.

Qeyd edək ki, 2017-ci ildə aparılmış müayinələrin nəticələrinə görə, Qaradağda “Sahil”, Səbaildə “Şıx” və Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler