» » Komitə sədri uşaqların çəki azlığı problemindən danışıb

Komitə sədri uşaqların çəki azlığı problemindən danışıb

Bölmə: Sosial
Komitə sədri uşaqların çəki azlığı problemindən danışıbMilli Məclisin səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov uşaqların çəkisinin az olması probleminə toxunub.

Xalqinfo.az xəbər verir ki, bu barədə o parlamentdə keçirilən dinləmələrdə danışıb.

Deputat bildirib ki, erkən, qeyri-qanuni nikahlardan, boşanmalardan ilk əziyyət çəkən uşaqlar və qadınlar olur:

“Xüsusilə də, uşaqlar boşanmaların, ailədaxili konfliktlərin yaratdığı problemlərin fəsadlarından ciddi əziyyət çəkirlər. Onlar bir çox hallarda qorxulu, keçici xəstəliklərə tutulurlar ki, sonradan həmin uşaqların müalicəsi, müayinəsi çox çətin olur. Bununla yanaşı, uşaqlarda çəki problemi özünü göstərir. Səhv etmirəmsə, o gün millət vəkillərindən biri də bu məsələyə toxundu. Bəzən biz belə məsələlərə ciddi əhəmiyyət vermirik, amma əslində bunlar ciddi problemlərdir. Çünki çəki məsələsi də uşaqların sağlamlığına ciddi təhlükə yaradır. Ümumiyyətlə, bu məsələlərdə maarifləndirmə, təbliğat işlərini də gücləndirməliyik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler