» » Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazası gücləndirilir

Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazası gücləndirilir

Bölmə: Sosial
Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazası gücləndirilirPrezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Xalqinfo.az-ın məlumatına görə, laboratoriyalar, avadanlıq, inzibati binalar, maddi-texniki baza, digər əmlak və bir sıra ştat vahidləri, müvafiq olaraq, İqtisadiyyat Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən, Dövlət Gömrük Komitəsindən və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.

Nazirlər Kabinetinə bir ay müddətində “bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Qida Təhlükəsizliyi Agentliyinin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı fəaliyyətini tənzimləyən normativ hüquqi aktın hazırlanaraq təsdiq olunmasını təmin etmək, əmlakın Agentliyin balansına verilməsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə təmin etmək, Agentliyə keçəcək müvafiq ştat vahidlərinin və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün Agentliklə birlikdə zəruri tədbirlər görmək tapşırılıb.

Sərəncamın 1-ci hissəsinin icrası başa çatdıqdan sonra Agentlik İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsinin öz əsasnamələri ilə müəyyən olunmuş vəzifələrinin icrası ilə bağlı müvafiq laboratoriyalardan ödənişsiz istifadə etmələrini təmin etməlidir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler