» » "“Asan Könüllüləri” 300-ə yaxın layihə həyata keçiriblər" -

"“Asan Könüllüləri” 300-ə yaxın layihə həyata keçiriblər" - Ülvi Mehdiyev

Bölmə: Sosial
"“Asan Könüllüləri” 300-ə yaxın layihə həyata keçiriblər" - İndiyədək “Asan Könüllüləri” Təşkilatı tərəfindən 300-ə yaxın layihə həyata keçirilib və bu layihələrdə, ümumilikdə, 30 minə yaxın gənc iştirak edib.

Xalqinfo.az-ın xəbərinə görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev gənclərin siyasi, sosial və hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə keçirilən “AVO MUN 2018” layihəsinin açılış mərasimində deyib.

“Düşünürəm ki, bizim bu layihə gənclərin beynəlxalq hüququ mənimsəməsində faydalı olacaq”.

Qeyd edək ki, tədbirdə “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəhbəri Məzahir Əfəndiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və başqaları iştirak edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler