» » Məktəblərdə direktor müavinlərinin işə qəbulunda - Yenilik

Məktəblərdə direktor müavinlərinin işə qəbulunda - Yenilik

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Məktəblərdə direktor müavinlərinin işə qəbulunda - YenilikAzərbaycanda orta məktəblərdə direktor müavinlərinin işə qəbulunda məhdudiyyətlər tətbiq ediləcək.

Xalqinfo.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

E.Bağırovun sözlərinə görə, direktor müavinlərinin işə qəbulu əvvəlki illərdə olduğu kimi bu il də yerli təhsil idarəetmə orqanlarının səlahiyyətinə aid olacaq:

“Sadəcə olaraq, bu məsələ ilə bağlı bəzi dəyişikliklər edilib. Dəyişiklik ondan ibarətdir ki, əvvəlki illərdə direktor müavinləri pedaqoji təcrübəsinə görə kənardan işə qəbul oluna bilirdisə, indi bu məsələdə məhdudiyyət müəyyən edilib”.

Nazirlik rəsmisi bildirib ki, yalnız təhsil müəssisəsində çalışan müəllimlər vəzifədə irəli çəkilmək yolu ilə direktor müavini təyin olunacaqlar.

O hesab edir ki, bu, müəllimlərin daha motivasiyalı işləməsinə səbəb olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler