» » Ordumuz raket atdı -

Ordumuz raket atdı - Foto

Bölmə: Sosial
Ordumuz raket atdı - Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Bu barədə Xalqinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası vəzifələri icra olunub.

Təlimlərdə bütün tapşırıqlar uğurla yerinə yetirilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Tapşırıqların uğurla yerinə yetirilməsi bir daha göstərir ki, bu gün özünün yüksək döyüş qabiliyyəti ilə seçilən və müasir hərbi texnikalarla tam təchiz edilən Əlahiddə Ümumqoşun Ordu regiondankənar digər hərbi birləşmələrin köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının koordinasiyasını həyata keçirmək və qarşıya qoyulan bütün vəzifələri dəqiqliklə yerinə yetirmək imkanına malikdir.

Ordumuz raket atdı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler