» » İnam Kərimovdan kadr islahatlarına münasibət: "Bu formada da davam edəcək"

İnam Kərimovdan kadr islahatlarına münasibət: "Bu formada da davam edəcək"

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
İnam Kərimovdan kadr islahatlarına münasibət: "Bu formada da davam edəcək""Bizim leksikonumuzda "gənc kadr" sözü yoxdur, bizim leksikonumuzda müasir düşüncəli kadr sözü var".

Xalqinfo.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyində aparılan kadr islahatlarına münasibət bildirərkən söyləyib.

"O kadr həm gənc, həm də yaşlı ola bilər. Bizim leksikonumuzda yalnız innovativ və müasir düşünən kadr ifadəsi yer alıb. Kənd təsərrüfatı Nazirliyi sistemində kifayət qədər professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Bu, davam edən prosesdir. Bildiyiniz kimi nazirlikdə indiyə kimi heç kim işdən azad edilməyib. Yalnız rotasiya qaydasında yerdəyişmələr olub və bu formada da davam edəcək", - deyə İ.Kərimov əlavə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler