» » Sonuncu sınaq imtahanına qeydiyyat başladı

Sonuncu sınaq imtahanına qeydiyyat başladı

Bölmə: Sosial
Sonuncu sınaq imtahanına qeydiyyat başladı
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 10-da sonuncu sınaq imtahanı keçiriləcək.

Bu barədə Xalqinfo.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sınaq imtahanları 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlayacaq.

İyunun 10-da keçiriləcək sınaq imtahanına qeydiyyat mayın 16-da saat 10:00-dan iyunun 6-sı saat 10:00-dək aparılacaq.

Sınaq imtahanının 11 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet”in "Hesab” bölməsində "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > "Sınaq imtahanının növü” > "Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində yeni istifadəçi kimi qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanında iştirak haqqı 20 manatdır.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler