» » Vahid Ələkbərovun altı işçisi itkin düşdü

Vahid Ələkbərovun altı işçisi itkin düşdü

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Vahid Ələkbərovun altı işçisi itkin düşdüAzərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərovun sahibi olduğu "LUKoil” şirkətinin altı işçisi itkin düşüb.

Xalqinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Komi Respublikasında baş verib.

Mənbəyə görə, şirkətin səkkiz işçisinin olduğu özüyeriyən maşın (vezdexod) Kojva qəsəbəsindəki istehsal sahəsindən qayıdırmış. Çaya çox yaxın ərazi ilə hərəkət edərkən, maşın suya düşüb. İşçilərdən ikisi xilas ola bilsə də, altı nəfərin taleyi barədə heç bir məlumat yoxdur.

Hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler