» » Mərhum jurnalistin bacısına mənzil verildi

Mərhum jurnalistin bacısına mənzil verildi

Bölmə: Sosial
Mərhum jurnalistin bacısına mənzil verildiXəbər verdiyimiz kimi, mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Əliyeva Masazır qəsəbəsindəki məcburi köçkünlər şəhərciyində yeni mənzillə təmin olunub.

Xalqinfo.az modern.az-a istinadən bildirir ki, mayın 15-də mənzilin açarı Sevinc Əliyevaya təqüdim olunub. "Prezidentimiz İlham Əliyevə və "Qaçqınkom"un sədri Rövşən Rzayevə məni evlə təmin etdiklərinə görə təşəkkür edirəm.Çətin günümdə mənim yanımda olan jurnalistlərə minnətdaram", deyə S.Əliyeva bildirib. O, sosial şəbəkədə yeni mənzilinin şəkillərini də paylaşıb.

Xatırladaq ki, bu ilin 21 martında mərhum jurnalistin bacısının Pirşağı qəsəbəsi "Məşəl" düşərgəsindəki mənzili yanaraq kül olub. Bundan sonra kirayədə yaşayan Sevinc Əliyeva maddi və mənəvi problemlərlə üzləşib.

Evsiz qalan xanım nəhayət ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin tapşırığı ilə mənzillə təmin olunub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler