» » “Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu”

“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu”

Bölmə: Sosial
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu”Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov sosial şəbəkədə kənd camaatını təhqir edən "Bakı Metropoliteni”nin marketinq şöbəsinin direktoru Lalə Babayevanın fikirlərinə münasibt bildirib.

Xalqinfo.az xəbər verir ki, Rəşid Mahmudov Sfera.az-a açıqlamasında Lalə Babayevanın gənc olduğu üçün düşünmədən bu cür aşağılayıcı fikirlər söylədiyini bildirib.

"Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu, ayaqyalın tinlərdə dayanırdı və sairə bu cür işlərlə məşğul olurdular. Ümumiyyətlə, kəndli-şəhərli ayrı-seçkiliyi salmaq yolverilməzdir. Bu cür fikirlər cəmiyyəti parçalamağa yönəlmiş təxribat xarakterli hərəkətlərdir. Kəndçiliyə qalsa, ən böyük kəndçi özüməm. Amma mən heç zaman kəndli-şəhərli söhbəti etmərəm. Hamımız azərbaycanlıyıq, vəssalam!”.

R.Mahmudov insanları bu cür həssas məsələlərdə diqqətli olmağa çağırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler