» » Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmır - Video

Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmır - Video

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmır - VideoYol polisləri avtomobillərin dövlət nömrə nişanlarına baxaraq şəhərə buraxırlar.

Xalqinfo.az-ın “Xezerxeber.az”a istinadən məlumatına görə, 10, 90 və 99 rəqəmləri ilə başlamayan dövlət nömrə nişanlı avtomobillərin sürücülərinə maşınlarını yaxınlıqdakı ödənişsiz dayanacaqda saxlamaları tövsiyə edilərək geri qaytarılır.

Görüntülər səhər saatlarında paytaxtın Şimal girişində, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində lentə alınıb. Sözügedən ərazidə yol polis postu qurularaq rayon qeydiyyatlı avtomobillərin girişinə məhdudiyyət qoyulub. Məqsəd növbəti “'Formula 1 Azərbaycan Qran Prisi”yarışı ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısını almaqdır. Eyni post cənub girişində “Lökbatan” dairəsi yaxınlığında da fəaliyyət göstərir.

Amma rayonlardan, o cümlədən Sumqayıtdan gələn sərnişindaşıma ilə məşğul olan avtobusların Beynəlxalq Avtovağzala qədər girişinə icazə verilir. Ancaq bu, o anlama gəlmir ki, rayon qeydiyyatlı avtomobillə gələn şəxslər şəhərə girə bilməyəcəklər. Həmin şəxslərə avtomobili xüsusi mühafizə olunan dayanacaqda saxlamaq təklif edilir. Lakin bəzi sürücülər bu məhdudiyyətlərdən hələ də xəbərsizdirlər.

Yol polisi rayonlardan gələn şəxslərə ayın sonuna qədər avtobus və qatarlardan istifadə etməyi tövsiyə edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler