» » Azərbaycanlı professor beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı professor beynəlxalq mükafata layiq görülüb

Bölmə: Sosial
Azərbaycanlı professor beynəlxalq  mükafata layiq görülüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin dizayn və dekorativ tətbiqi sənət kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, professor Arif Əziz və təsviri sənət kafedrasının müəllimi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Səmədağa Cəfərov Bolqarıstanda keçirilən beynəlxalq simpozium-festivalda ölkəmizi təmsil ediblər.

Xalqinfo.az xəbər verir ki, Bolqarıstanın Veliko Tırnova şəhərində keçirilən beynəlxalq tədbirdə 15 ölkədən nümayəndələr iştirak ediblər. Bir həftə ərzində rəssamlar sərbəst mövzuda kətan üzərində əsərlər yaradıblar.

Festivalın sonuncu günü Azərbaycana həsr edilib və Bolqarıstanın tanınmış rəssamı Xristo Panev Arif Əzizə “Qızıl Palitra”nı - Dünya Rəssamlıq Akademiyasının ən yüksək mükafatını təqdim edib. Beynəlxalq festivalda azərbaycanlı rəssamlar yüksək səviyyədə qarşılanıb, onların əsərləri diplomlarla təltif olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler