» » “Qaçqınkom”dan Gəncədəki yanğınla bağlı -

“Qaçqınkom”dan Gəncədəki yanğınla bağlı - Açıqlama

Bölmə: Sosial
“Qaçqınkom”dan Gəncədəki yanğınla bağlı - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Komitəsi ötən gün Gəncədə baş verən yanğınla bağlı açıqlama yayıb.

Xalqinfo.az-ın məlumatına görə, açıqlamada deyilir:

“25 aprel 2018-ci il tarixdə Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.

Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında Komitənin əməkdaşları dərhal həmin ərazidə olmuş, mövcud vəziyyətlə yerində tanış olub. Qeyd etmək istəyirik ki, operativ tədbirlər nəticəsində Alıməmmədov Malik Hidayət oğlunun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcək. Bununla bağlı əlavə məlumat veriləcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler