» » Azərbaycanda rektordan maraqlı addım - Bu tələbələrə ikiqat təqaüd verir

Azərbaycanda rektordan maraqlı addım - Bu tələbələrə ikiqat təqaüd verir

Bölmə: Sosial, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda rektordan maraqlı addım - Bu tələbələrə ikiqat təqaüd verirAzərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli maraqlı addım atıb.

Xalqinfo.az xəbər verir ki, 50 yaşlı rektor 18 yaşdan sonra valideyn himayəsindən məhrum olan tələbələrin təqaüdlərinin ikiqat artığı ilə verilməsi haqqında əmr imzalayıb. Bu barədə universitetin Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, G. Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada bu məsələ müzakirə olunub və müvafiq əmrlə 18 yaşından sonra valideyn dəstəyindən məhrum olmuş tələbələr universitetdə təhsil aldıqları müddətdə - 23 yaşadək onlara orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün iki mislinin verilməsi qərara alınıb.

Rektorun bu addımı atmaqda məqsədi tələbələrin sosial müdafiəsini gücləndirmək, onların tədris fəaliyyətini fəallaşdırmaq, təhsildə nailiyyət qazanmasını stimullaşdırmaqdan ibarətdir.

Bildirilir ki, bu qərar artıq 2017-2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler