» » "Elmin koordinasiyası yüksək vəziyyətdə deyil" -

"Elmin koordinasiyası yüksək vəziyyətdə deyil" - Akif Əlizadə

Bölmə: Sosial
"Elmin koordinasiyası yüksək vəziyyətdə deyil" -Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) yeni tərkibi təsdiq olunub.Xalqinfo.az lent.az-a istinadn bildirir ki, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub. İclasda akademik Rasim Əliquliyev RETƏŞ-in yeni tərkibi haqqında məlumat verib. O bildirib ki, yeni şura ölkədə bütün elmi müəssisə və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılıb. Şuranın fəaliyyətinin səmərəli təşkili üçün onun tərkibinə respublikanın görkəmli alim və mütəxəssisləri daxil edilib, həmçinin elmi istiqamətlər üzrə müvafiq elmi şuralar yaradılıb. Akademik qeyd edib ki, ötən müddət ərzində RETƏŞ tərəfindən respublikada elmi müəssisə və ali məktəblərdə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, elmi tədqiqat işlərinin illik və uzunmüddətli planlarının işlənməsi, elmi tədqiqatların yekunlarına dair hesabatların müzakirəsi və RETƏŞ-in Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələrin həyata keçirilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilib. Bunlara baxmayaraq hazırda akademiyada ölkənin dinamik inkişafı ilə səsləşən islahatların aparılması, elmi fəaliyyətin təşkilinin, əlaqələndirilməsinin və idarə olunmasının ölkənin inkişaf strategiyasına uyğun olaraq qurulması RETƏŞ-in də fəaliyyətinin təkmilləşdirilməsini və tərkibinin yenidən formalaşdırılmasını zəruri edir.


İclasda şuranın yeni tərkibi Rəyasət Heyətinin növbəti qərarı ilə təsdiq olunub. Yeni yaradılan şuranın sədri Akif Əlizadə, sədr müavini isə İbrahim Quliyev təyin olunub. A. Əlizadə qeyd edib ki, şuranın tərkibi yenidən dəyişə bilər: “Azərbaycanda elmin koordinasiyasına köməklik etməliyik. Elmi koordinasiya hazırda formal xarakter daşıyır. Yəni, qeyd olunan məsələ yüksək vəziyyətdə deyil”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler