» » O qanun layihəsi 3-cü oxunuşda müzakirəyə çıxarılır -

O qanun layihəsi 3-cü oxunuşda müzakirəyə çıxarılır - Komitə sədri yenilikləri açıqladı

Bölmə: Sosial
O qanun layihəsi 3-cü oxunuşda müzakirəyə çıxarılır - Milli Məclisin Elm və təhsil komitəsi “Peşə təhsili haqqında” qanun layhəsinin III oxunuşda müzakirəsi üçün parlamentin plenar iclasında təqim etməyi nəzərdə tutur.

Xalqinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli deyib. Komitə sədri bildirib ki, layihənin II oxunuşu üçün müzakirələr zamanı bəzi mübahisəli məsələlər üzrə araşdırmalar aparılıb və onun əsasında yekun sənəd hazırlanıb.

İ.Həbibbəyli qeyd edib ki, “Peşə təhsili haqqında” qanun layihəsi 4 dəfə Elm və təhsil komitəsində, 2 dəfə Milli Məclisin plenar iclasında müzakirə edilib:

“Bu layihə üzərində aylarla iş aparmışıq. II oxunuşdan sonra layihə üzərində apardığımız iş isə yalnız təkmilləşdirmə ilə bağlı olub. Burada bəzi məqamlar dəqiqləşdirilib, oxşar məqamlar sistemləşdirilib, ümumilikdə layihə hüquqi cəhətdən daha dəqiq ifadə edilib. Hesab edirəm ki, bu layihə Azərbaycanda peşə təhsilinin inkişafına stimul verə biləcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler