» » Binəqədidə Zərifə Əliyevanın xatirəsi yad edilib

Binəqədidə Zərifə Əliyevanın xatirəsi yad edilib

Bölmə: Sosial
Binəqədidə Zərifə Əliyevanın xatirəsi yad edilib
Binəqədi rayonunda Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.

Xalqinfo.az xəbər verir ki, öncə Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın rayonun 6-cı mikrorayon ərəzisində yerləşən Zərifə Əliyeva parkına gələrək görkəmli oftolmoloq-alimin abidəsini ziyarət edib və abidə önünə gül dəstələri qoyublar.

Anım mərasimində Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əvvəlcə alimin xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra bildirib ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.

Qeyd olunub ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyevanın məşhur alim, istedalı insan olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, eyni zamanda qayğıkeş ana olduğu vurğulanıb.

Binəqədidə Zərifə Əliyevanın xatirəsi yad edilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler