» » Uşaqlığın mioması haqda nələri bilməliyik? - Onkoginekoloq Ümman Abbasova

Uşaqlığın mioması haqda nələri bilməliyik? - Onkoginekoloq Ümman Abbasova

Bölmə: Sosial
Uşaqlığın mioması haqda nələri  bilməliyik? - Onkoginekoloq Ümman AbbasovaUşaqlığın mioması ən çox təsadüf edən diaqnozdur. O haqda biz nə bilirik.

MİOMA NƏDİR

Mioma uşaqlığın əzələ qatından inkişaf edən xoşxassəli şişdir. Hansısa bir əzələ hüceyrəsində əmələ gələn defekt nəticəsində düyün əmələ gəlir.Əgər uşaqlıqda miomatoz düyün çoxsaylıdırsa, deməli onun hər biri zədələnmiş hüceyrədən əmələ gəlibdir. Amma hansı etapda bu huceyrə anlaşılmazlığı baş verir, məlum deyil
Hal hazırda iki fərziyə mövcuddur.Birinci fərziyəyə görə, hüceyrələr qız uşaqlarının ana bətnində olarkən zədələnməsi.İkinci fərziyəyəgörəisə hüceyrələrin zədələnməsi, menstrual tsiklin tez-tez olmasından (23 gündən tez), keçirmiş iltihabiabort və travmalar nəticəsində. Miomatoz düyünlərin bir qismi öz-özünə məhv olur, bir qisimi isə inkişaf edir. Əsas odur ki,mioma xoşxassəli şişdir və o, heç bir zaman bədxassəli şişə çevrilmir. Miomanın sürətlə böyüməsi nəticəsində bədxassəli şişə çevrliməsi fikri qaldi keçmişdə…

Mioma hansı səbəbdən böyüyür? Məlumdur ki, miomanın böyüməsi hormanlardan aslıdır, amma əmələgəlmə səbəbi hesab olunmur. Miomanın böyüməsınə səbəb olan hormon- progesterondur. Estrogenlərisə köməkçi kimi özünü göstərir. Buna baxmayaraq qadınların əksəriyyətində hormonal fon dəyişilməz qalır.

XX əsrin əvəllərinə qədər qadın həyatınin mühüm bir zamanınıreproduktiv-doğuş- uşaq əmizdirmə – bir neçə menstruasiya – bir daha hamiləlik. Yəni ki, menstruasiyaların nadir olması.İndiki zamanın qadınları isə həyatının əksər müddətini menstruasiya olurlar və bunun nəticəsində düyünlər əmələ gəlir.Bir çox hallarda miomalar menopauzal dövrdə inkişafını dayandırırlar, yaxud tam yox olurlar. Səbəbi cinsi hormonların çatışmazlığıdır .Miomaların böyüməsi menstrual tsiklin ikinci fazasında(luferin) baş verir. Bunun səbəbi progesteron hormonun bu fazada yüksək olmasıdır. Əgər biz birfazalı hormonal kontraseptivləri ilə lutein fazanı yoxetsək, onda biz şişin böyümə faktorlarının birini ləğv edirik. Miomanın profilaktikası üçun kliniki təsdiqini tapmış vahid üsul – birfazalı hormonal kontraseptirvlərin uzunmüddətli qəbulu.Amma bu müalicə deyil, sadəcə profilaktikadı (yəni, miomanin əmələgəlməsinin qarşısını almaq) və mövcud olan miomatoz düyünlərin böyüməsinin qarşısını almaqdır.Əgər miomatoz düyün mövcüddurvə onun ölçüsü 15 mm-dən çox deyilsə, hormonal kontraseptivlər onun böyüməsinin qarşısını ala bilər və bizə başqa heç bir mübarizə üsulu lazım deyil. Hormanal kontraseptivlərin qəbulu üçün yaşın hec bir əks göstərişi yoxdur vəmenopauza dövrünə qədər qəbul etmək olar.Başqa risq faktora piylənmə daxildir.Düzdür, piylənmə o dərəcədə də aşkar faktor hesab olunmasada,statistikolaraq onu qeyd edə bilərəm ki, əksər hallarda mioma piylənmə ilə yanaşı olur. Piy toxumasıda endokrin üzv hesab edilir, estrogenləri böyük həcmdə ixrac edir, hansı ki, miomanın böyüməsinə təkan verir (əmələgəlməsinə yox).

Başqa bir faktor-stressdir. Birdə görürsən ki, illərlə ölü vəziyyətdə olan bir miomatoz düyün son aylar sürətlə böyüməyə başlayır. Bir çox hallarda bu hal qadının həyatında baş verən stressdən, ağir xəstəlikdən və yaxud uzunmüddətli yorğunluqdan baş verir.
Simptomları və müalicəsi haqda gələn rubrikada.

Ardı var……

MD, PhD., “İSTANBUL MMC” klinikanın baş direktoru, onkoginekoloq Ümman Abbasova.

Uşaqlığın mioması haqda nələri  bilməliyik? - Onkoginekoloq Ümman Abbasova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler