» » Vüqar Rəhimzadənin məqaləsi ABŞ jurnalında

Vüqar Rəhimzadənin məqaləsi ABŞ jurnalında

Bölmə: Sosial
Vüqar Rəhimzadənin məqaləsi ABŞ jurnalındaSiyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadənin «KİV dövlətin ictimai-siyasi sisteminin institutu kimi» adlı məqaləsi ABŞ-da nəşr olunan Thompson Reuters indeksli «Confrontation» jurnalında dərc olunub.

Xalqinfo.az xəbər verir ki, Vüqar Rəhimzadə 1968-ci ildən işıq üzü görən və Nobel mükafatçılarının da məqalələrinin dərc edildiyi jurnalın 121-ci sayında Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından biri kimi mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan, medianın müstəqil ictimai institut kimi formalaşmasının elmi əsaslarından bəhs edib.

Müəllif yazır ki, informasiya sahəsindəki siyasət daha az öyrənilmiş və daha çox mürəkkəb olan siyasi fəaliyyət növüdür. Vurğulanır ki, ən yeni informasiya və telekommunikasiya texnologiyalarının inkişafı özü ilə təkcə texnoloji innovasiyalar, elm tutumlu istehsala keçid və s. gətirmir, həmçinin insan məskəninin bütün informasiya mühitini, ictimai həyatın bütün sosiomədəni məzmununu kökündən dəyişir, informasiya sahəsini cəmiyyətdə üstün mövqeyə çıxarır. Yeni informasiya məkanı dünya bazarının az qala ən sürətli və intensiv inkişaf edən sektoruna çevrilən, hər hansı milli sərhədləri və ideoloji maneələri aradan qaldıran, milli-mədəni fərqləri tarazlayan dünya informasiya bazarının yeni reallıqlarını diktə edir.

Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunun, yeni texnologiyaların inkişafı fonunda əldə olunan uğurların əks edildiyi məqalədə bildirilir ki, bu gün İKT Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir.

Məqalədə yer alan bu kimi digər faktlar bir daha İKT-nin cəmiyyət həyatında oynadığı rola aydınlıq gətirir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler