» » “Mənim də nikahım orada qeydiyyata alınıb” - İlham Əliyev

“Mənim də nikahım orada qeydiyyata alınıb” - İlham Əliyev

Bölmə: Sosial, MANŞET
“Mənim də nikahım orada qeydiyyata alınıb” - İlham Əliyev““Hazırda “Dini tolerantlığın möhkəmləndirilməsi” ilə bağlı beynəlxalq konfrans Murtuza Muxtarovun evində keçirilir”.

Xalqinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşdə deyib. İ. Əliyev bildirib ki, M. Muxtarov Azərbaycanın ən zəngin adamlarından biri və mesenat olub: “Bu evi də o, həyat yoldaşına hədiyyə kimi inşa etdirib. Onun həyat yoldaşı Osetiyadan idi. O, həmçinin öz vəsaiti hesabına Vladiqafqazda məscid tikdirib. O, çox ləyaqətli insan idi. O, faciəvi şəkildə həlak olub. Bolşevik inqilabından sonra əsgərlər onun evinə soxularaq, onu öz evindən çıxarmaq istəyirdilər. Çünki Bakının əksər tarixi binalarını varlı insanlar tikdiriblər. Onların əksəriyyəti ləyaqətli insanlar idi. Onlar sərmayə qoyaraq məktəblər, xəstəxanalar inşa etdirirdilər. Bizim indiyədək istifadə etdiyimiz Şollar su kəməri varlı adamlardan biri və mesenat Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilmişdir. O zaman Murtuza Muxtarov quldurlara mənzilini ləkələməyə imkan vermədi. Silahı çıxararaq hücum edənlərin bir neçəsini məhv etdi və özü də həlak oldu. Əhvalat bax belə olub.

Sovet dövründə, təbii ki, hər şey milliləşdirilib. Orada müxtəlif kontorlar fəaliyyət göstərib. Sonra ora nikah evi kimi fəaliyyət göstərərək “Səadət” sarayına çevrildi. Mənim də nikahım orada qeydiyyata alınıb. Sonralar bu ev pis vəziyyətə düşmüşdü. Biz bir neçə il ərzində oranı bərpa etdik. Çünki binanın tarixi hissəsini qoruyub saxlamaq və yeniləşdirmək lazım idi. İndi bura, həm də nikahların qeydə alındığı saray kimi fəaliyyət göstərir. Burada rəsmi nikah mərasimləri, həmçinin müxtəlif dövlət tədbirləri keçirilir”.

Şərh Yaz

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler