» » Beynəlxalq müşahidəçilər Gəncədə olublar - Foto

Beynəlxalq müşahidəçilər Gəncədə olublar - Foto

Bölmə: Sosial
Beynəlxalq müşahidəçilər Gəncədə olublar - Foto
ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının uzunmüddətli müşahidəçiləri Katarina Apel və Valentin Vizant Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında olublar.

Xalqinfo.az xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev və YAP Gəncə şəhər təşkilatının sədr müavini, deputat Pərvin Kərimzadə iştirak ediblər.

Görüş zamanı Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edilib, seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminlik ifadə edib. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin təşviqat kampaniyasına uğurla qoşulduğu və fəaliyyət planına uyğun olaraq təşviqat görüşləri keçirdiyi bildirilib.

ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının uzunmüddətli müşahidəçiləri Katarina Apel və Valentin Vizant görüşdən məmnun qaldıqlarını söyləyiblər.

Beynəlxalq müşahidəçilər Gəncədə olublar - Foto
Beynəlxalq müşahidəçilər Gəncədə olublar - Foto
Beynəlxalq müşahidəçilər Gəncədə olublar - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler