» » Şahdağa 41 santimetr qar yağıb

Şahdağa 41 santimetr qar yağıb

Bölmə: Sosial
Şahdağa 41 santimetr qar yağıb
Ölkə ərazisində martın 12-si gündüzdən 13-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xalqinfo.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-7, Lənkəran-Astara zonasında 3-19, Böyük Qafqazda 5-24, Mərkəzi Aran rayonlarında 3-13, Qazax-Gəncə zonasında 3-10, Kiçik Qafqazda 2-7, Naxçıvan MR-da 1 mm olub

Qar örtüyünün hündürlüyü Şahdağda 41, Sarıbaşda 21, Xınalıqda 17, Qırızda 16, Qubada 8, Qusar, Şamaxıda 5, Xaltanda 3, Kişçay, Rvarud, Kəlvəzdə 2, Qəbələ, Göygöldə 1, Qubanın dağlıq ərzilərində 3-25 sm təşkil edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler