» » “Yazını silmək üçün 600 manat istədi, 200 verdim”

“Yazını silmək üçün 600 manat istədi, 200 verdim”

Bölmə: Sosial
“Yazını silmək üçün 600 manat istədi, 200 verdim”Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.

Xalqinfo.az xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə zərərçəkmiş, Bakı İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüxsarə Əliyeva ifadə verərək deyib ki, direktor təyin olunandan 2 həftə sonra "Bizim dövr" qəzetində onun katibə olduğu və birbaşa direktor təyin olunduğu barədə yazılar yayımlanıb: "Mənim elmi dərəcəm var. Buna görə çox əsəbiləşdim, Surxay Əliyevin nömrəsini tapıb zəng elədim. O dedi ki, işçisini kollecə göndərəcək. Səhəri gün Hikmət Nəcəfli məktəbə gəldi və yazını silmək üçün 600 manat istədi, 200 manat verdim".

Tovuz rayon Yaşıllaşdırma İdarəsinin rəhbəri Vasif Məmmədov deyib ki, barəsində şantaj xarakterli yazılar dərc olunub: "Hikmət məndən 1000 manat tələb etdi, vermədim. Mən şikayət etdim, sonra onların xahişi ilə geri götürdüm. Amma pul vermədim".

Zərərçəkmiş Rasim Hüseynov bir neçə dövlət qurumunda işlədiyini deyib: "Mənim haqqımda yazılar dərc edirdilər, yazmamaq üçün pul tələb etdilər. Bankdan kredit götürüb 1500 manat verdim. Arada da 150 manat verirdim. Bir ildən sonra yenə yazmağa başladılar, amma daha pul vermədim. Sonra Sevinc adlı qadın gəlib məndən əl çəkməyəcəklərini dedilər. Bir daha yazmamaları şərtilə pul verməyə razılaşdım. Sevinc Hikmətlə telefonda danışıb 1000 manat istədiyini dedi. Mən orda 500 manat verdim, qalanını da sonra göndərəcəyimi dedim"./qafqazinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler