» » Məktəblər niyə şəxsiyyət yetişdirə bilmir? -

Məktəblər niyə şəxsiyyət yetişdirə bilmir? - Ekspert

Bölmə: Sosial
Məktəblər niyə şəxsiyyət yetişdirə bilmir? -





“Gənc Vətəndaş” İctimai Birliyi ali pedaqoji təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək, yeni tədris proqramına uşaq hüquqları ilə bağlı fənnin salınmasını təklif edib.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova məlumat yayıb. O bildirib ki, bu, müəllimləri yeni dövrün çağırışlarına hazırlamaq baxımından çox önəmlidir:

“Uşaqların müdafiə mexanizmi təhsildən başlamalıdır. Uşaqların hüquqları, müdafiəsi, uşaqlara qarşı zorakılıq əleyhinə yanaşma, əsasən onların tədrisi ilə məşğul olan müəllimlərdə olmalıdır. İndi müəllimlər öz ixtisası ilə bağlı mütəxəssis olurlar, amma uşaqlarla davranışı tam öyrənmirlər. Pedaqogika yeni standartlara cavab verməlidir, məsələn, uşaqlarla davranış, ünsiyyət, uşaq psixologiyası və s. prioritet təşkil etməlidir”.

G.Səfərovanın sözlərinə görə, indiki dövrün uşaqları texnoloji əsrin yetirmələridir və onlara fərqli yanaşılmalıdır. Ən əsası isə indiki müəllimlərin əksəriyyəti uşaq zorakılığı əleyhinə bilgilərini artırmalıdır:

“Bəzən tədris təlimi kölgədə qoyur. Bu da uşaqların şəxsiyyət kimi formalaşmasına mane olur. Uşaqların özünü təqdim etmək, öz bilik və bacarıqlarını nümayiş etdirməklə bağlı çox çətinlikləri olur. Burada ailə ilə yanaşı, müəllimlərin də günahı var. Azərbaycan məktəbləri şəxsiyyət yetişdirmək baxımından çox zəifdir. Çünki məktəblərdə müəllim çoxdur, pedaqoq azdır. Ona görə də müəllimlər ciddi hazırlanmalıdır”.Axar.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler