» » Qobustanda 2000-ə qədər ağac əkilib

Qobustanda 2000-ə qədər ağac əkilib

Bölmə: Sosial
Qobustanda 2000-ə qədər ağac əkilibBu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevanın “Ümumrespublika yaşıllaşdırma” layihəsi əsasında ağacəkmə kampaniyasına start verilib.


Xalqinfo.az qafqazinfo-ya istinadən bildirir ki, Qaradağ rayonunda da bu layihə Qobustan qəsəbəsində başlanılıb. İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınıb, mineral gübrələr səpilib. Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra dekorativ müxtəlif gül və ağac kolları da əkilib.

Bu aksiyaya çərçivəsində indiyədək 2000-ə qədər şam, sərv, liandra və digər növlərdən olan ağaclar əkilmiş, 3000 kvadrat metr sahəyə ot örtüyü döşənmiş və ətraf ərazi abadlaşdırılıb.

“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun digər qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca ağaclar əkiləcək.Qobustanda 2000-ə qədər ağac əkilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler