» » Xaləddin İsgəndərovun qanunsuzluqlarından Baş Prokurorluğa şikayət olundu

Xaləddin İsgəndərovun qanunsuzluqlarından Baş Prokurorluğa şikayət olundu

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Xaləddin İsgəndərovun qanunsuzluqlarından Baş Prokurorluğa şikayət olundu
İcra başçının “qoçu dəstə”sindəki Rəfael Məmmədovla bağlı ilginc məlumatlar

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun “qoçu dəstələri”nin qanunsuzluqları İctimai Nəzarət Koalisiyasında müzakirə edilib, qanuna uyğun addımların atılması istiqamətində tədbirlərin görülməsi üçün qərar qəbul olunub. Baş Prokurorluğa və baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə Binəqədi Rayon İcra Hakimiyyəti və Biləcəri qəsəbəsi üzrə nümayəndəliyindəki məmurların qanunsuz əməllərini araşdırılması üçün müraciətlər olunub. Yada salaq ki, fevralın 7-də özünü Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin əməkdaşı kimi təqdim edən Rəfael adlı şəxs başının dəstəsi ilə 99 saylı sahədə yerləşən Ceyran Alışan qızı Rəfiyevanın evinə hücum edib.

Onlar ahıl qadının əlindəki dövlət orqanlarının verdiyi tikintiyə aid sənədlərinə məhəl qoymayaraq hasarını uçurublar, ondan 7 min manat rüşvət tələb ediblər. Bu haqda İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov youtube kanalında çıxış edib. Bildirib ki, Ceyran Alışan qızı Rəfiyevaya qarşı törədilən əməl qanunsuzdur, Azərbaycan Konstitusiyasında təsbit olunan mülkiyyət hüququna qəsddir. Bundan sonra Rasim Məmmədova, vətəndaşa Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, tikintiyə aid sənədlər qanunidir, tikinti apara bilərlər, heç bir problem yaradılmayacaq. Vətəndaş tikintiyə aid eskizə əsasən evin 1-ci mərtəbəsini ucaldıb. Rasim Məmmədovun özünü isə Binəqədi Rayon İcra Hakimiyyətinə tikintiyə aid sənədlərlə bağlı söhbətə dəvət ediblər. Həmin vaxt isə Xaləddin İsgəndərov təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovu başının dəstəsi ilə 9-cu sahəyə göndərib və ahıl qadının dövlət orqanlarının verdiyi sənədlər əsasında tikdirdiyi evini trakrorla söküb yerlə bir ediblər. Əraziyə Qüdsü Bayramovun başçılığı altında Elgün, Pərviz, Arif, Zaur, Rəfael və Orxan şəxslər göndərilibmiş.

Xaləddin İsgəndərovun qoçu dəstələrində olan şəxslər barədə əvvəllər də yazmışıq, lakın bu adamlara qarşı heç bir tədbir görülmür və sıraları da artmaqdadır.

Rəfael adlı şəxslə bağlı redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Ermənistanın Masis rayonundan olan Rəfael Təvvəgül oğlu Məmmədov Binəqədi rayonu, Məmməd Əmin Rəsulzadə qəsəbəsində qeydiyyatdadır, orada yaşayır. O, Xaləddin İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilənə qədər yaşadığı rayonun ərazisində dəllalıqla məşğul olub. Ortabab həyat yaşayıb. İndi isə Rəfael Məmmədovun Biləcəri qəsəbəsində və Bakı şəhərinin müxtəlif məkanlarında çoxlu evlərini olduğu iddia edilir. Bildirlir ki, Xaləddin İsgəndərovun ev yıxan, tikintiyə dair icazə verib pul yığan dəstələrinə keçəndən sonra Rəfael Məmmədovun var-dövləti günü gündən artıb. Hazırda onun istifadəsində “Prado”, “Niva”, “Mersedes” markalı və digər maşınların olduğu bildilir. Qeyd edilir ki, Rəfael Məmmədov Xaləddin İsgəndərovun xeyir-duası ilə Biləcəri qəsəbə İcra Nümayəndəliyinin binasında oturur. Faktiki isə onun İcra Nümayəndəliyinə rəsmi olaraq heç bir aidiyyatı yoxdur. Dövlətin rəsmi qurumunda kabinetlə təmin olunan bu şəxs Biləcəri qəsəbəsində qanunsuzluqlarını davam etdirir, kasıb, imkansız ailələrin evlərini başlarına uçurur. Onun Xaləddin İsgəndərovun qardaşı oğlu Valeh İsgəndərovla da yaxşı münasibətləri var. Valeh İsgəndərov da rəsmi olaraq Binqədi rayon İcra Hakimiyyətinin işçisi deyil. O, sadəcə Binqədi rayon İcra Hakimiyyətində əmisinin verdiyi bir kabinetdə

Binəqədi rayonu ərazisində tikinti-söküntü işlərinə, bu işlərdən gələn qeyri-rəsmi gəlirlər

Xaləddin İsgəndərovun söküntü işlərini gerçəkləşdirən dəstələrinə ümumi rəhbərliyi isə rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi seçki dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri olub. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur, bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşı tikinti aparmağa qoymurlar, işinə mane olurlar. Tikinti-söküntü ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Rəfael, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz. Binəqədi rayonunda vəziyyət belədir və əhali arasında da haqlı narazılıqlara səbəb olur. Xüsusilə prezident seçkisi öncəsi başçının qeyri-qanuni dəstələrinin hərəkətləri Bakının ən böyük rayonlarının olan Binəqədi rayonunun əhalisi arasında ciddi etirazla qarşılanır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler