» » Azərbaycanda satılan mebellərin 40 faizi saxtadır -

Azərbaycanda satılan mebellərin 40 faizi saxtadır - SİYAHI

Bölmə: Sosial
Azərbaycanda satılan mebellərin 40 faizi saxtadır - Mənzilinə, mətbəxinə mebel almaq istəyənlər həm qiymət baxımından sərfəli, həm də keyfiyyətli məhsul axtarırlar. Bakıda və ölkənin müxtəlif regionlarında alıcılara hətta xarici istehsal adı ilə müxtəlif çeşidli mebellər təklif olunur. Hətta bəzi firmaların adından brend kimi istifadə edib alıcıları aldadanlar da var.

Xalqinfo.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov modern.az-a açıqlamasında mebel bazarında vəziyyətin heç də ürəkaçan olmadığını vurğulayıb: “Vəziyyət sizin də bildiyiniz kimi heç də yaxşı deyil. Hamısına keyfiyyətsiz demək olmaz. Amma mebellərin təxminən 40 faizi aldadılma yolu ilə satılır. Yəni yerli sexlərdə hazırlanmasına baxmayaraq Türkiyə, Polşa, Almaniya və digər ölkələrin mebelləri kimi təqdim olunur”.

Yeri gəlmişkən, AİB sədri onlara daxil olan bir neçə şikayət ərizəsi haqda da məlumat verilib: “Vaqif Yaqubov ərizə ilə müraciət edərək bildirib ki, 2014-cü il oktyabrın 14-də “Madeyra” mebelin Həzi Aslanov filialından yataq dəsti sifariş verib. Mebel quraşdırıldıqdan sonra məlum olub ki, paltar dolabı sifariş olunduğu kimi yox, həddindən artıq ensizdir. Bu səbəbdən onun dəyişdirilməsi üçün dükana müraciət etsə də, istəyi cavabsız qalıb.

Şikayətçinin sözlərinə görə, dolab o qədər ensizdir ki, ora hətta bir kostyum belə asmaq olmur. Şikayətçi qeyd edib ki, oktyabrın 23-də və 27-də mağazanın müdiriyyətdən xahiş etməyinə baxmayaraq kömək edən olmayıb”.

“Yataş” mebeldən daxil olan şikayətdə isə xanım alıcı 700 manata aldığı döşəyin keyfiyyətsiz olduğunu bildirib. E. Hüseynovun sözlərinə görə, Humay Həsənova Babək prospekti 33 ünvanında yerləşən “Yataş” mebel salonundan 700 manata döşək alıb: “Xanımın sözlərinə görə, tez bir zamanda məhsul süzülüb, yararsız vəziyyətə düşüb. Zəmanət verilməsinə baxmayarq, alıcının istəyi təmin olunmayıb. Onu da deyim ki, sözügedən mebel salonu normal kassa çeki və ya mədaxil qəbzi vermir”.

Başqa bir şikayət isə Xətai rayonu Vəzirov küçəsi 17 ünvanında yerləşən “Odam-2” mebel salonundandır: “Alıcı Ədilə İbrahimova sifariş verdiyi mebel quraşdırılan zaman rəflərin möhkəmliyinə zəmanət verilib və alıcı həmin mebelin üstünə qiymətli əşyalarını yerləşdirib. Amma bir müddət sonra “zəmanətli” rəf qırılıb və təbii olaraq üzərindəki əşyalar da yararsız hala düşüb”.

E.Hüseynovun sözlərinə görə, bahalı mətbəx mebellər ilə də bağlı şikayətlər var: “Saleh Rəcəbov birliyə müraciət edərək Xətai prospekti 53 ünvanında yerləşən dükanda mətbəx mebeli sifariş verdiyini, məbləğin kifayət qədər baha olmasına baxmayaraq, ona təqdim edilən mebel dəstinin çox keyfiyyətsiz olduğunu deyib.

O, bizdən problemin həlli üçün kömək istəyir”.

Birlik rəsmisi təəssüflə deyib ki, hazırda məşhur brend olan “Avropa qapıları”ndan da ardıcıl şikayətlər daxil olur. O bildirib ki, dövlət orqanları bu şirkətin keyfiyyətsiz məhsullarının öhdəsindən gələ bilmir: “Onlar vətəndaşlara saxta ödəniş qəbzi verməklə, istehlakçıların hüquqlarını pozmaqla, müqavilə şərtlərini yerinə yetirməməklə fərqlənirlər.

Dəfələrlə Vergilər Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etsək də, şikayətlərə baxan olmayıb. Vəziyyət düzəlmir. “Avropa qapıları” ən böyük problemdir. Eyyub Hüseynov hazırda istehlakçıların şikayətlərinə əsasən ən çox rast gəlinən problemin dəyişdirilmə ilə bağlı olduğunu vurğulayıb: “Alınan mebelin keyfiyyətsiz olduğunu anladıqları zaman onun dəyişdirilməsi və ya qaytarılması müşkül məsələdir. Mebel dükanları birmənalı şəkildə bundan imtina edirlər. Bəzən ustalar mebeli quraşdırarkən onun hissələrini zədələyirlər, bu zaman cərimə də alıcının üzərində qalır”.

Azərbaycan dükanlarında daha çox Polşa, Türkiyə, Almaniya, Dubaydan gələn mebel dəstləri üstünlük təşkil edir. Malayziya istehsalı olan mebel dəstlərindən şikayət edənlər isə çoxdur. Məhsulları bahalı, ancaq keyfiyyətsiz olur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler