» » Xanım jurnalistlərə şad xəbər

Xanım jurnalistlərə şad xəbər

Bölmə: Sosial
Xanım jurnalistlərə şad xəbərAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzeti 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə xanım jurnalistlər arasında fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

Xalqinfo.az xəbər verir ki, "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirilən müsabiqəyə yazıların qəbulu 08 dekabr 2017-ci il tarixində başlayır, 8 fevral 2018-ci il tarixində başa çatır.

Elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində - qəzet, jurnal və informasiya agentliklərində fasiləsiz çalışan xanım jurnalistlər müsabiqəyə yazı verə bilərlər.

Müsabiqənin şərtlərinə görə, hər xanım jurnalistin Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında (9-11 min işarə) həcmində dərc olunan yalnız bir yazısı qəbul olunacaq. Yazının sonunda "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.

Mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, ictimai maraqların müdafiəsi yazıların dəyərləndirilməsində meyar kimi götürülür. Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir.

Müsabiqənin qaliblərinə – I, II, III yerin sahiblərinə qiymətli hədiyyələr və pul mükafatı nəzərdə tutulub.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Müsabiqəyə hər xanım jurnalist yalnız bir məqalə təqdim edə bilər.

2. Məqalə elan edilmiş mövzuya uyğun olmalıdır.

3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən və Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Qəzetdə

Yazıların qəbul qaydaları

1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) – 1 nüsxə

2. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) – 3 nüsxə

3. Yazının elektron variantı (Arial (12) şriftində - CD) – 1 nüsxə

4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər

1. İştirakçı haqqında məlumat cədvəli

2. Şəxsiyyət vəsiqəsinin surəti

3. Şəxsi VÖEN və surəti və şəxsi bank rekvizitləri (qaliblər üçün)

Qeyd: Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Qeyd: Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir (hər bir meyar üzrə 2 bala qədər).

Müsabiqəyə təqdim olunmuş yazı müəlliflərinin mükafatlandırılması

Müsabiqənin qaliblərinə – I, II, III yerin sahiblərinə qiymətli hədiyyələr və pul mükafatı nəzərdə tutulub.

İştirakçı haqqında məlumat cədvəli

(müəllif tərəfindən doldurulur)

Ünvan: Bakı şəhəri, Ağasadıq Gəraybəyli, 7a

Əlaqə telefonları: (012) 561 60 41; (012) 561 71 41;

Elektron ünvan: bilikfondu.kaspi@gmail.com

Sayt: www.bilikfondu.gov.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler