» » AMEA-nın işıqları kəsildi -

AMEA-nın işıqları kəsildi - Borca görə

Bölmə: Sosial
AMEA-nın işıqları kəsildi - Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.

Xalqinfo.az-ın "APA-Economics”ə istinadən məlumatına görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın "Azərişıq” ASC-yə 22 965 manat borcunun olması göstərilir.

"Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.

Qeyd edək ki, bu gün AMEA-nın yaranma günü kimi qeyd olunur. Belə ki, 1945-ci il yanvarın 23-də AMEA fəaliyyətə başlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler