» » Doğuşdan sonrakı ən böyük problem -

Doğuşdan sonrakı ən böyük problem - Qadınların 70 faizi...

Bölmə: Sosial
Doğuşdan sonrakı ən böyük problem -
“Satış və marketinq sahəsində çalışdığım üçün hamiləlik müddəti də daxil olmaqla hər zaman tədbir və seminarların istər təşkilati tərəfində, istərsə də iştirakçısı olmuşam. Bundan başqa, aktiv bir sosial həyatım olub. Ancaq doğuşdan sonra öyrəşdiyim həyatım, fəaliyyətlərim, demək olar ki, sıfıra düşdü. Və bunun nəticəsində də məndə dərin depressiyaya yaranmağa başladı”.

Bu sözləri gənc ana Nigar Vəliyeva “Qafqazinfo”ya qadınların doğuşdan sonra depressiyaya düşməsi ilə bağlı mövzuya münasibət bildirərkən deyib. O bildirib ki, ilk vaxtlarda hər şeyə ağlayır, həyat yoldaşından başqa ətrafında heç kimi görmək istəməyib. Otağa girib elə hey boşluğa baxıb fikirləşirmiş:

“Mənim kimi karyera yönümlü qadınlar hər hansı bir iş olduqda övladını ana və ya qayınanasına tapşırıb bir-iki saatlıq evdən çıxa bilərlər. Ancaq valideynlərimiz Bakıda yaşamadığı üçün mənim elə bir şansım olmadı. Ona görə də, bir anda hər şey tamamilə dəyişdi. Bundan başqa, özəl klinikalarda doğuşdan sonrakı iki gün müddətində anaya kraliça kimi baxırlar. Uşaq ağlayanda aparırlar, güləndə gətirirlər. Güllər, hədiyyələr gəlir, hamı səninlə maraqlanır. Bu səbəbdən həmin müddətdə heç nə hiss etmirsən. O ki evə gəldin, onda dərk edirsən ki, həyatında məsuliyyətli olduğun bir insan var. Bir anlıq fikirləşirsən ki, artıq istədiyin şeyləri, istədiyin zamanda etmək kimi bir lüksun yoxdur, artıq gecələrə kimi gəzdiyin, əyləndiyin günlər bitdi və sairə. Bütün bunları düşündükcə, daha da ağır depressiyaya düşürsən”.

“The Guardian”nəşrinin yayımladığı araşdırmada bildirilib ki, yay və payız aylarında doğuş edən qadınlar qış və yaz aylarında doğuş edən qadınlara nisbətən depressiyaya daha çox meyilli olur. Fəsillərlə bağlı bu fərqin səbəbi bilinməsə də, həkimlər qış və yaz aylarında hava şəraitinə görə anaların evdə övladı ilə daha çox vaxt keçirdiyi üçün analığa keçiş prosesininin daha asan olduğu ilə əlaqələndirir.

Doğuşdan sonrakı ən böyük problem -

Doğuş sonrası depressiya necə yaranır və əlamətləri hansılardır?

Doğuşdan sonrakı depressiya qadın orqanizmində baş verən hormonal dəyişikliklərin və psixoloji durumun qeyri-stabilliyinin nəticəsidir. Doqquz aylıq gözləmə dövründə qadın əsəbi gərginlik keçirirş, qorxu içində yaşayır.
Depressiyanin ilk əlamətləri doğuşdan sonrakı ilk 3-4 gün ərzində qəfildən ortaya çıxa bilər. Əsəbilik, sıxıntı, ümidsizlik, yuxu və iştah azalması, yaddaş və adaptasiya zəifliyi, uşağın sağlamlığı ilə bağlı narahatlıq, nəzarət olunmayan ağlama, uşağa olan həvəsin itməsi, günahkarlıq duyğusu, özünə və uşaqa ziyan vermə hissi, dəhşətli yuxular və gecə qarabasmaları ən çox görülən simptomlardandı.

Bəs bu hal özünü yalnız depressiv xarakterli qadınlardamı göstərə bilir?

Müşahidələr göstərir ki, doğuş keçirən qadınların 50-70%-də bu cür dəyişiklik olur. Körpənin məsuliyyəti, yaxşı ana ola biləcəyəmmi kimi qorxular, fiziki yorğunluq, uşaqla əlaqədar vaxtında yatmamaq, ananın xarici görünüşünün dəyişməsi kimi narahatlıqlar hər bir qadında bu halın yaşanmasına səbəbiyyət verir. Elə həmsöhbətimiz də xarakter baxımından depressiya meyilli biri olmadığını, ətrafındakı aktiv sosial həyata sahib çox qadında bu halların yaşandığını bildirib.

Müalicəsi:

Bu xəstəliyin müalicəsi xəstəliyin şiddətinə görə dəyişir. Depressiya zamanı xəstə olan gənc analara dərman müalicəsi ilə yanaşı psixoterapiya da tətbiq edilməlidir. Müalicənin müddəti xəstəliyin ağırlığından asılı olaraq bir neçə ay davam edə bilər. Müalicə ilə yanaşı həyat yoldaşının da dəstəyi unudulmamalıdır.

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Orxan Fərəcli bu dövrü tez keçirmək üçün gənc analara bir neçə tövsiyə verir:

Zövq aldığınız işlərdən birini hər gün həyata keçirin. Məsələn, rəfiqənizlə danışmaq, ya da açıq havada gəzmək kimi.
Həyat yoldaşınızla çox vaxt keçirin.

Kömək istəməkdən çəkinməyin. Ətrafınızdan mənəvi dəstək alın.

Sizlə eyni problemli adamlarla görüşmək mümkündürsə bundan qaçmayın və bu qruplara qoşulun.
Doğuş sonrası depressiya ağır şəkildə olub, hətta bir il davam edə bilər.

Doğuşdan sonrakı ən böyük problem -

Psixoloq Aynur Əlibəyli isə gənc anaların çox vaxt zahılıq gərginliyi ilə doğuş sonrası depressiyanı səhv saldığını bildirib:

“Doğum sonrası depressiyanı doğuşdan sonra yaşanan "postpartum blu" - zahılıq gərginliyi ilə qarışdırmamaq lazımdır. Zahılıq gərginliyi doğuşdan sonra 70 faiz qadınlarda müşahidə edilir. Zahılıq gərginliyi yaşayan analarda kədər, narahatlıq halı, asan və tez-tez ağlama, ən yaxınlarından asılılıq müşahidə edilir. Bu vəziyyət 10 gün davam edir və tezliklə keçir.

Depressiya isə ağır şəkildə olub, bir il belə davam edə bilər. Müalicə alan qadınlarda isə bu hal 3 aya keçir. Bu ərəfədə ana demək olar ki, körpəsi ilə çox az maraqlanır.

Ana südü ilə qidalandırma da qadını depressiyaya sala bilər. Ana südü verən qadınlar özlərinə ayıracaq zamanlarının çox az olması, dərman istifadə etmələri lazım olduğunda körpəyə zərəri olacaq narahatlığı bildikləri üçün stresə girirlər. Bununla yanaşı, ana südü kəsilən 51 qadından 83 faizinin depressiyaya düşdüyü müəyyən edilib.

Doğuş sonrası depressiya çox müşahidə edilsə də, mütəxəssislər konkret diaqnoz qoymaqda çətinlik çəkirlər. Psixoloqun sözlərinə görə, adətən erkən yaşda ana olan qadınlar bu problemi daha çox yaşayırlar. Onlarda bu risk 30 faiz, keçmişdə depressiya yaşayan xanımlarda 25 faiz, daha əvvəlki doğuşunda depressiya yaşayanlarda isə bu risk 85 faizdir.

Doğuşdan sonrakı ən böyük problem -

Doğuş sonrası depressiya yaşayan analar üçün ən əhəmiyyətli dəstək həyat yoldaşının verdiyi dəstəkdir. Lakin bu vəziyyətin atalar üçün də qorxulu olduğunu unutmayın. Ona görə də ataların bu vəziyyətdə nə edə biləcəklərini bilməmələri normaldır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler