» » Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni məlumat yaydı

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni məlumat yaydı

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni məlumat yaydı
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahı məlumat yayıb.

Xalqinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulmuşdur.

Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilmiş, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılmışdır.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Axtarış işləri ilə bağlı əlavə məlumat veriləcək.​

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni məlumat yaydı
Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni məlumat yaydı
Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni məlumat yaydı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler