» » Bakıda yanğın zamanı azyaşlı qız ölüb

Bakıda yanğın zamanı azyaşlı qız ölüb

Bölmə: Sosial
Bakıda yanğın zamanı azyaşlı qız ölübBakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.

FHN-dən Xalqinfo.az-a verilən məlumata görə, yanğın zamanı bir nəfər yanıq xəsarətləri alıb.

Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler