» » “CinemaPlus”dan daha bir yerli dublyaj -

“CinemaPlus”dan daha bir yerli dublyaj - “Paddinqton 2” + Foto + Video

Bölmə: Sosial
“CinemaPlus”dan daha bir yerli dublyaj -
“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş “Paddinqton 2” filminin nümayişi keçirilib.

Xalqinfo.az xəbər verir ki, tədbirdə böyüklərlə yanaşı, uşaqlar da iştirak edib.

“Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə filmdən öncə dublyaj prosesində iştirak edən aktyorlara və yaradıcı heyətə minnətdarlığını bildirib. Komediya gurultulu alqışlarla qarşılanıb.

Filmi Azərbaycan dilində Murad Dadaşov, Oksana Rəsulova, Aqil M. Quliyev, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Elşən Rüstəmov, Valeh Kərimov, Vüsal Murtuzəliyev, Nəcibə Hüseynova, Nəzakət Məmmədli, Rövşən Məmmədli, Həlimə Axundzadə, Elman Rəfiyev, Vüqar Hüseynov, Səid Nizami və Elnur Hüseyov səsləndiriblər.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs rejissoru və masterinq Azad Vəliyev, tərcüməçisi Xumar Quluzadə, post-prodakşn Vüqar İslamzadə, art direktoru Kamil Dadaşov, dizayneri Emil İbrahimov, prodüseri Xətai Əli, direktoru Cəfər Axundzadədir.

Ekran əsərinin rejissoru Paul Kinqdir. Baş rolları Hyu Bonnevill, Salli Hokins, Brendan Qlison, Hyu Qrant kimi məşhurlar ifa edirlər.

Filmin süjet xəttinə görə, Londonun antikvar mağazasında yaxşı tərbiyə olunmuş ayı Paddinqton qədim qeyri-adi bir kitab tapır. O, bütün ayı gücü ilə həmin kitaba pul yığana kimi, nadir kitab oğurlanır. Paddinqton zinət əşyalarını tapmaq üçün min oyundan çıxan aktyorun hiyləsi ilə qarşılaşır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler