» » Bakıda iki nəfər dəm qazından zəhərləndi -

Bakıda iki nəfər dəm qazından zəhərləndi - Biri öldü

Bölmə: Sosial
Bakıda iki nəfər dəm qazından zəhərləndi - Bakıda huşsuz vəziyyətdə tapılan iki nəfərdən biri ölüb.

Xalqinfo.az Lent.az-a istinadən xəbər verir ki, Naximov küçəsində yerləşən mənzilin mətbəxində paytaxt sakini, 1970-ci il təvəllüdlü Musayev Musa Fərman oğlu və onun dostu Ucar rayon sakini, 1974-cü ildə anadan olmuş Əsgərov Ceyhun Tahir oğlu huşsuz vəziyyətdə aşkarlanıb.

Onların ikisi də xəstəxanaya yerləşdirilib. Lakin C.Əsgərovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hər iki şəxs dəm qazından zəhərlənib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler