» » Şəhidlərimiz Bakı metrosunda anıldı -

Şəhidlərimiz Bakı metrosunda anıldı - Foto

Bölmə: Sosial
Şəhidlərimiz Bakı metrosunda anıldı - Bu gün 20 Yanvar faciəsinin 28-ci ildönümü Bakı metropolitenində də anılıb.

Xalqinfo.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, metronun bütün stansiyalarında matəm musiqiləri səsləndirilib.

Saat 12:00-da metronun “20 yanvar” stansiyasında anım mərasimi keçirilib. Həmin vaxt bütün stansiyalarda və tunellərdə qatarların və sərnişinlərin hərəkəti dayandırılıb, 1 dəqiqəlik fit verilib və şəhidlərin əziz xatirəsi yad edilib.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və metropoliten əməkdaşları “20 yanvar” stansiyasında şəhidlərin xatirəsinə hazırlanan kompozisiyanı ziyarət edib, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Şəhidlərimiz Bakı metrosunda anıldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler