» » Ötən gün şəhid olan əsgərimizin ürək parçalayan statusu - Foto

Ötən gün şəhid olan əsgərimizin ürək parçalayan statusu - Foto

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Ötən gün şəhid olan əsgərimizin ürək parçalayan statusu - Foto
Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfovun Feysbuk səhifəsində şəhidliklə bağlı yazdığı status hər kəsi kədərləndirib.

Şəhidimiz vətən uğrunda döyüşməyin hər bir azərbaycanlının borcu olduğunu bildirib.

"Müharibə qaçılmazdır və hər bir azərbaycanlının borcudur. Bu borcu özümə Qarabağı eşidəndən bilmişəm və bu borcu qaytarmalıyam. Allah bizi şəhidliyə layiq bilsin".

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Mənəfov İbrahim 1995-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində doğulub.

İ.Mənəfov ali təhsilli olub. O, 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və düşmənlə üz-üzə yerləşən bölmələrdə xidmət edib.

Şəhid əsgər Milli Aviasiya Akademiyasının məzunu imiş.

Ötən gün şəhid olan əsgərimizin ürək parçalayan statusu - Foto
Ötən gün şəhid olan əsgərimizin ürək parçalayan statusu - Foto
Ötən gün şəhid olan əsgərimizin ürək parçalayan statusu - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler