» » Adəm Məmmədov daha bir müvəkkilinə bəraət aldı

Adəm Məmmədov daha bir müvəkkilinə bəraət aldı

Bölmə: Sosial
Adəm Məmmədov daha bir müvəkkilinə bəraət aldı
Tanınmış vəkil Adəm Məmmədov hüquqlarını müdafiə etdiyi daha bir şəxsin azadlığa çıxmasına nail olub.

Belə ki, vəkil Adəm Məmmədovun səyi nəticəsində Gömrük Komitəsinin İstintaq İdarəsi tərəfindən qanunsuz olaraq şübhəli şəxs qismində 48 saat saxlanılan və AR CM-nin 234.1, 234.4.1, 234.4.3, 206.2, 206.3.2-ci (ağır cinayətlərin törədilməsi) maddələri ilə ittiham elan olunan Qədimov Cəfər Mail oğlu məhkəmə zalından azadlığa buraxılıb.

Xalqnfo.az-ın məlumatına görə, Adəm Məmmədov bununla bağlı “AzPolitika.info”ya bildirib ki, hüquqlarını müdafiə etdiyi Qədimov Cəfər Mail oğlunun saxlanılması tamamilə əsassız olub: “Ancaq buna baxmayaraq, prokuror tərəfindən məhkəməyə onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilmişdi. Biz isə müvafiq sübutları təqdim edərək, Qədimov Cəfər Mail oğlunun saxlanılması qanunsuz olduğunu sübut etdik. Buna görə də onunla bağlı həbs qətimkan tədbiri seçilməsi üçün prokuror tərəfindən məhkəməyə təqdim olunmuş təqdimatın qəbul edilməməsi və müvəkkilimə bəraət verilməsi barədə vəsadət qaldırdıq. Hakim işə obyektiv baxaraq, müvəkkilimin dərhal məhkəmə zalından azadlığa buraxılması barədə qərar çıxardı.

Qədimov Cəfərin əməlində cinayət tərkibi olmadığından cinayət işinə ona aid hissədə bəraətverici əsaslarla xitam verildi”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler