» » Bakının bu yolları bağlı olacaq -

Bakının bu yolları bağlı olacaq - Sürücülərin nəzərinə!

Bölmə: Sosial
 Bakının bu yolları bağlı olacaq -
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saatlarında yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri aparılacaq.

Agentlikdən Xalqinfo.az verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Mehdi Hüseyn küçəsində, həmçinin Yasamal rayonu, Parlament prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq”, - deyə məlumatda qeyd olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler